"Hyundai" və "SK On" ABŞ-da akkumulyator zavodu tikəcək.

Cənubi Koreyanın “Hyundai Motor” və “SK On” şirkətləri ABŞ-ın Corciya ştatının Atlanta şəhəri yaxınlığında elektromobillər üçün akkumulyatorlar istehsalı zavodu tikməyi planlaşdırır.

Marja xəbər verir ki, bu barədə cümə günü Yonhap agentliyi ABŞ ştatının hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Məlumata görə, hər iki şirkət 2025-ci ilə qədər Atlantadan təxminən 72 km şimalda yerləşən Bartouda zavod tikəcək. Yonhap bildirib ki, ştat hökuməti tikinti xərcləri ilə bağlı məlumat verməsə də, təxminən 4-5 milyard dollarlıq investisiya sayəsində 3500-dən çox yeni iş yerinin yaradılmasını gözlədiyini bildirib.

Agentliyin məlumatına görə, keçən ay “Hyundai Motor” və “SK On” şirkətlərin 2025-ci ildən sonra Şimali Amerikada elektrikli avtomobil akkumulyatorları sahəsində əməkdaşlıq etmək üçün anlaşma memorandumu imzaladıqlarını açıqlayıb.

Leave a Reply