Qışın ənənəvi sualı: mühərriki qızdıraq, ya yox?

 

Qışın ənənəvi sualı: mühərriki qızdıraq, ya yox?

Kasım 18, 2015
Posted by: carproadmin

Azərbaycanda havalar soyuyan kimi bir ənənəvi sual ortaya çıxır: mühərriki qızdıraq, ya yox? Bu məsələyə hərə bir versiya yürüdür.

Məsələyə  peşəkarlar münasibət bildirsə, bəlkə də bu mövzuya qayıdan olmazdı. Amma təəssüf ki bu sualın cavabını əksər hallarda bir qaykanı açıb-bağlaya bilməyən, mühərrikin iş prinsipindən anlamayanlar verir. Bu qəbildən olan “mütəxəssislərin” ümumi cavabı belədir: karbüratorlu rus maşınını qızdırmaq lazımdır, injektora isə ehtiyac yoxdur. Elə isə bir sual: injektor və karbüratorlu mühərrikin fərqi nədir? Doğru cavab belədir: son 80 ildə mühərrikdə dəyişikliklər ancaq qapaylama, alışdırma və yanıcı qarışığın hazırlanması sistemində aparılb ki, bunlar da ciddi yağlama tələb etmir. Əsas yağlanmanın getdiyi dirsəkli val və ümumən çarxqolu-sürgüqolu mexanizminin konstruksiyası 100 ildir! Dəyişmir.
İddia oluna bilər ki, yağ 100 il əvvəlki kimi deyil. Bəli, doğrudur, amma kimya və fizika dəyişmir. Soyuq havada istənilən yağ qatılaşır.  Xüsusən də istismar edilən yağ. Dərhal hərəkətə başlayıb böyük sürətlə getdikdə mühərrikdə “yağ aclığı” başlayır. Yəni, nasosun yuxarı qaldırdığı soyuq yağ karterə tam qayıda bilmədiyi üçün yağ magistralında hava boşluqları qalır, yağlama pisləşir. Bu da mühərrikin ömrünü azaldır.
Basqılı mühərriklərdə isə soyuq halda böyük sürətlə sürmək turbo sistemini sıradan çıxarır.
Başqa iddia: injektor istənilən havada rahat yeridiyi üçün qızdırmaq lazım deyil. Düzdür, müasir sistem mühərriki soyuq halda belə yeriməyə məcbur etsə də, aşınmamın qarşısınıə almır. Statistikaya görə, mühərrikdə aşınmanın 70%-ə qədəri mühərrik tam qızanadək baş verrir.
Məsələnin kökü budur ki, Qərbdə istehsalçılar ekologiyaya görə mühərriki qızdırmamağı tövsiyə edirlər. Lakin yerli qanunvericiliklərdə hava şəraiti mütləq nəzərə alınır.

Sözüm odur ki, yağın və yanacağın keyfiyyətini nəzərə alaraq avtomobilin mövsümdən asılı olmayaraq 1-2 dəqiqə qızdırılması mühərrikin ömrünü uzadar. Onsuz da müasir avtomobillər yerində işlədikdə gec qızır. Səmərəli üsul temperatur 40 dərəcəyə çatdıqdan sonra nisbətən aşağı sürətlə hərəkətə başlamaqdır.

Vüqar Yaşaroğlu

Yazı www.avtosfer.com dan götürülmüşdür.

2 yorum

Leave a Reply