Azərbaycanda avtomobilləri ən çox alınan 5 marka!

Aralık 1, 2015
Posted by: carproadmin

Ötən il Azərbaycan vətəndaşları ən çox Toyota və Hyundai avtomobilləri alıblar.

2021-ci ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 93 min 180 ədəd artaraq 1 milyon 566 min 743 ədədə çatıb. 2020-ci ildə nəqliyyat vasitələrinin sayı 55 min 159 ədəd artaraq 1 milyon 473 min 563 ədədə çatmışdı.

Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il minik avtomobillərinin sayı 84 min 765 ədəd artaraq 1 milyon 349 min 307 ədədə yüksəlib.

Ötən ilin sonunda hər 1000 nəfərə 156 avtomobil, 135 minik avtomobili və hər 100 ailəyə isə 59 minik avtomobili düşüb.

2021-ci ildə Azərbaycanda ən çox Toyota (+16 min 736), Hyundai (+12 min 754), KİA (+12 min 93), Chevrolet (+10 min 824) və Opel (+8, min 532) markalı avtomobillər artıb.  

Azərbaycanda ən çox Vaz, Mercedes-Benz, Hyundai, Toyota, Opel, KİA, Qaz, Nissan, BMW, Chevrolet və Mitsubishi markalı avtomobillər sürülür.

11_d_south_korea_464_lead

Leave a Reply